Misli Premyer Liqasının X turunda "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"a 2:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bildirib:

"Maraqlı oyuna şahidlik etdik. Ağır məğlubiyyətdir. Oyunu rahat bitirə bilərdik. Səhvlırimiz bu nəticəyə gətirib çıxardı. Futbol səhvlər oyunudur. Həmin nöqsanları aradan qaldırsaq, daha yaxşı olacaq".

Mütəxəssis son görüşlərdə Qara Qarayevin son oyunlarda az oynamağına da münasibət bildirib:

"Həmin zonada güclü rəqabət var. Qarşıdakı oyunlarda Qara da şans qazanacaq. O, hər zaman üzərində çalışan futbolçudur".