EN

Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib

Bakı. Trend:

Noyabrın 2-də axşam saatlarında Gürcüstan-Ermənistan sərhədindən4 kilometr məsafədə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bubarədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumatyayıb.

Zəlzələ Marneuli şəhərində güclü, paytaxt Tbilisidə isə birqədər zəif hiss olunub.

Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtıilə saat 19:50-də 4,4 maqnitudada qeydə alınıb.

Chosen
45
15
az.trend.az

10Sources