EN

Rusiya ŞOKda… Leninqradda S-400 bazası Ukrayna agentlərinin əlinə keçdi…


Rusiyanın şimalında hava hücumundan müdafiə bazasına sızma baş verib. Ukraynayönlü ATESH şəbəkəsi Sankt-Peterburq yaxınlığındakı Rusiyanın S-400 "Triumf" hava hücumundan müdafiə bazasına gizli şəkildə sızaraq vacib hərbi məlumatları ələ keçirib.

ATESH şəbəkəsi, Leninqrad vilayətinin Reşetnikovo yaşayış məntəqəsi yaxınlığında yerləşən 1488-ci Hava Hücumundan Müdafiə Raket Alayına gizli bir missiya ilə sızdıqlarını açıqlayıb. Onlar bazada olan S-400 "Triumf" raket sistemlərinin yerlərini, komanda mərkəzini, radar stansiyalarını və patrul marşrutlarını araşdırdıqlarını bildiriblər.

Toplanan bütün kəşfiyyat məlumatları Ukrayna Müdafiə Qüvvələrinə ötürülüb.

Hava Hücumundan Müdafiə Alayının Sankt-Peterburqu və Rusiyanın şimal-qərbindəki vacib obyektləri qoruyan hava hücumundan müdafiə şəbəkəsinin ən vacib elementlərindən biri olduğu qeyd edilir.

Xatırladaq ki, ATESH əvvəllər Zaporojye cəbhəsindəki Rusiya hava hücumundan müdafiə sistemlərində ciddi nasazlıqlar olduğunu açıqlamışdı. Qrup bir çox Tor buraxılış qurğusunun mexaniki problemlər səbəbindən traktorlarla qoşularaq çəkildiyini və bu səbəbdən də Ukrayna ordusunun açıq hədəfinə çevrildiyini bildirmişdi.

TAHİR

Chosen
36
baki-xeber.com

1Sources