EN

"Qarabağ"ın 1 milyon xərclədiyi oyunçudan XOŞ XƏBƏR

Millimizin üzvü Aleksey İsayevdən xoş xəbər var.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, "Sabah"ın yarımmüdafiəçisi uzunmüddətli zədədən qayıdıb.

29 yaşlı orta sahə oyunçusu artıq komanda məşqlərində iştirak edir. Qalır Valdas Dambrauskasın ona nə vaxt şans verəcəyi. Əlbəttə, bunun üçün İsayevin idman formasını tam bərpa etməsi lazımdır.

Qeyd edək ki, təcrübəli oyunçu 2024-cü ilin yanvarında təxminən 1 milyon qarşılığında "Sabah"dan "Qarabağ"a transfer edilmişdi.

İdman.Biz

Chosen
18
1
idman.biz

3Sources