EN

Ukrayna "Patriot" sistemləri aldı

BAKI, 2 noyabr. TELEQRAF

Ukrayna hava hücumundan müdafiə sistemləri alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, etibarlı hava hücumundan müdafiə sisteminin yaradılması təkcə Kiyevin deyil , həm də onun tərəfdaşlarının maraqlarına cavab verir.

Zelenski çatdırılmanı asanlaşdırdığı üçün Almaniya kansleri Fridrix Merzə şəxsən təşəkkür edib.

“Biz Ukraynanın hava hücumundan müdafiə sistemimizin “Patriot” komponentini gücləndirmişik. Xeyli müddət idi ki, bu hava hücumundan müdafiə sisteminin idxalı və yerləşdirilməsi üçün çalışırdıq. İndi əldə olunan razılaşmalar yerinə yetirilib”, - Ukrayna lideri yazıb.

O, əmindir ki, respublikanın hava hücumundan müdafiəsinin gücləndirilməsi münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasını daha da yaxınlaşdıracaq, çünki Rusiya Federasiyası daha çox hava zərbələrinə arxalanır.

Chosen
44
teleqraf.com

1Sources