EN

BDU nun rektoru Qazax Milli Texniki Tədqiqat Universitetinin filialının açılış mərasimində iştirak edib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 2 noyabr, AZƏRTAC

Astanada Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən olan Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin yeni filialının açılış mərasimi keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev də iştirak edib.

Açılış mərasimində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin nümayəndələri, dövlət qurumlarının rəsmiləri, ali təhsil müəssisəsinin rəhbərləri və sənayeyönümlü təşkilatların təmsilçiləri iştirak ediblər. Mərasimdə çıxış edən natiqlər yeni filialın fəaliyyətə başlamasını Qazaxıstanın elmi-texnoloji inkişafına və regionda innovasiyayönümlü təhsil mühitinin formalaşmasına mühüm töhfə kimi dəyərləndiriblər.

Yeni filialın yaradılması Qazaxıstanın ali təhsil sisteminin gücləndirilməsinə, müasir texnoloji bacarıqlara malik mütəxəssislərin hazırlanmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
azertag.az

2Sources