EN

Şəhər meri Ölülər Günü ndə güllələndi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Meksikanın Uruapan şəhərinin (Miçoakan ştatı) meri Karlos Maso şəhərin mərkəzində “Ölülər Günü" şənliyi zamanı güllələnib.

Axar.az xəbər verir ki, bu barədə Meksika Təhlükəsizlik Şurası X səhifəsində məlumat yayıb.

"Uruapan şəhərinin (Miçoakan ştatı) mərkəzində baş verən hücumda şəhərin meri Karlos Manso faciəvi şəkildə həlak olub. Hadisədə iştirak edən iki nəfər saxlanılıb, hücum edənlərdən biri isə öldürülüb. Miçoakan ştatının hakimiyyət orqanları və Təhlükəsizlik Şurasının nümayəndələri ərazini mühasirəyə alıb və ictimai təhlükəsizliyi təmin etmək üçün patrul fəaliyyətini davam etdirir", - məlumatda deyilib.

Qeyd edək ki, cinayətkarlığa qarşı mübarizə çağırışları ilə məşhurlaşan Manso dəfələrlə cinayətkar qruplardan, o cümlədən "Yeni Nəsil Xalisko" narkokartelindən hədələr alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
axar.az

1Sources