EN

İran TürkiyÉ™ ilÉ™ qaz ixracı müqavilÉ™sini uzadacaq


İran Milli Qaz Şirkətinin (NIGC) icraçı direktoru Səid Təvakoli bəyan edib ki, İranın Türkiyə ilə mövcud qaz ixracı müqaviləsi mütləq şəkildə uzadılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ILNA agentliyi məlumat yayıb.
Təvakolinin sözlərinə görə, Türkiyə hələ də İran qazına tələbat göstərir və hazırda tərəflər müqavilənin həcmi, müddəti və uzadılma mexanizmi ilə bağlı danışıqları davam etdirirlər. Rəsmi şəxs qeyd edib ki, mövcud saziş 2026-cı ildən sonra bir neçə il müddətinə yenilənəcək və bu, iki qonşu ölkə arasında davamlı enerji əməkdaşlığını təmin edəcək.
İranlı rəsmisi vurğulayıb ki, şirkətin əsas prioritetlərindən biri uzunmüddətli enerji sazişlərinin imzalanmasıdır.
Chosen
30
yeniavaz.com

1Sources