EN

Vahid Ələkbərovun sərvəti AÇIQLANDI

Rusiyalı milyarderlərin sərvəti 2025-ci ilin əvvəlindən bəri ümumilikdə 22,5 milyard dollar artıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Reytinqin lideri Vladimir Potanin olaraq qalır.

Onun əsas aktivi "Nornikel" olan milyarder ilin əvvəlindən 1,9 milyard dollar qazanaraq sərvətini 29,8 milyard dollara yüksəldib.

İkinci pillədə Aleksey Mordaşov ("Severstal") yer alır. Onun sərvəti 28,1 milyard dollar qiymətləndirilir və ilin əvvəlindən 4,8 milyard dollar artım göstərib.

Daha sonra sıralama belədir:

Vahid Ələkbərov (LUKOIL) – 25,5 milyard dollar

Leonid Mixelson ("Novatek") – 24,7 milyard dollar

Əlişir Usmanov ("Metalloinvest") – 18,1 milyard dollar

Musavat.com

Chosen
13
2
musavat.com

8Sources