Avropa İttifaqının üzvlərinin arasında Rusiya ilə ən çox ticarətinə malik ölkə Almaniyadır: $9,5 milyard.Bu, hələ Ukraynada müharibə başlayandan sonra 92% azalmış göstəriсidir.
İknci yerdə Fransa və Niderland gəlirlər. Onların Rusiya ilə ticarət dövriyyəsi 6 milyard dollardan bir qədər çoxdur.
Müharibə başlayandan sonra MacarıstanınRusya ilə ticarət dövriyyəsi 31% artıb və hazırda $6,2 milyarddır.
“Bild” qeyd edir ki, Ukrayna müharibəsi başlayandan sonra İsrail Rusiyadan neft almağı 240% artırıb. Rusiyadan idxalı artıran ölkələrin arasında Ermənistan (+423%), Özbəkistan (+135%), Türkiyə (+53%) və Misir (+70%)də var.
Tariyel Həsənov
AzVision.az