EN

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

BAKI, 2 noyabr. TELEQRAF

Bakıda sərnişin avtobusunda insident baş verib.

Teleqraf xəbər verir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib.

Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin pəncərəsi qırılaraq dağılıb.

İnsidentdən sonra avtobus xəttdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb.

Chosen
37
11
teleqraf.com

10Sources