"Barselona" İngiltərə millisinin hücumçusu Harri Keynin transferində israrlıdır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, "Bayern Münhen"in hücumçusunun müqaviləsindəki 65 milyon avroluq sərbəstqalma bəndi 2026-cı ilin yayında qüvvəyə minəcək.
Kataloniya təmsilçisi 37 yaşlı Robert Levandovskini məhz Harri ilə əvəzləmək variantını əsas hədəf sayır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubları da Harri Keynlə maraqlanırlar.