EN

Suriya XİN Əhməd əş-Şaraanın Vaşinqtona səfər edəcəyini təsdiqləyib

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Prezident Əhməd əş-Şaraanın noyabr ayında ABŞ-yə səfər edəcəyini təsdiqləyib.

Aznews.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi ona istinadən məlumat yayıb.

Nazir konkret tarix demədən bildirib ki, bu ay əş-Şaranın Ağ Evə səfəri planlaşdırılır və orada Suriyanın müharibədən sonrakı yenidən qurulması ilə bağlı danışıqlar aparacaq.

Səfərdə həmçinin Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi məsələsinin də müzakirə olunacağı gözlənilir. XİN başçısının sözlərinə görə, sanksiyaların davam etdirilməsi üçün heç bir səbəb yoxdur.

Qeyd edək ki, bu, Suriya liderinin 1946-cı ildə müstəqillik qazandıqdan bəri ABŞ-yə ilk səfəri olacaq.

Chosen
19
2
aznews.az

10Sources