EN

Əliyar Ağayev "Arsenal"ın oyununa təyinat alıb

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA tərəfindən növbəti təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsində noyabrın 4-də “Slaviya” (Praqa, Çexiya) - “Arsenal” (İngiltərə) komandaları arasında keçiriləcək matçın baş hakimi olacaq.

Ona bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Chosen
58
3
azertag.az

6Sources