EN

“Bu komanda uğura acdır”

Bundesliqanın 9-cu turu çərçivəsində “Leyptsiq” öz izləyicilərindən biri olan “Ştutqart”ı 3:1 hesabı ilə məğlub edib və zirvəyə bir addım da yaxınlaşıb.

90deqiqe.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Ole Verner futbolçularına təşəkkür edib:

“Bu gün səbirli oynadıq, rəqibə çox imkan vermədik. Uşaqlar əla performans göstərdilər və qol şanslarımızı dəyərləndirdik. Bizdə həm gənclik enerjisi, həm də təcrübənin gücü var. Bu qarışıq bizi uğura aparan əsas amildir. İndi əsas məqsədimiz bu formamızı qorumaqdır.”

Bu nəticədən sonra “Leyptsiq” 22 xalla ikinci pilləyə yüksəlib və artıq 8 oyundur məğlubiyyət üzgörməyib. “Ştutqart” 18 xalla dördüncü sırada qalıb, lider “Bavariya” isə 27 xalla zirvədə qərarlaşıb.

Chosen
27
90deqiqe.az

1Sources