EN

İranın iradəsi nüvə silahı düzəltmək deyil, nüvə sənayesi ilə ölkə ehtiyaclarını qarşılamaq üçündür – Pezeşkian

Bakı. Trend:

İranın iradəsi nüvə sənayesini inkişaf etdirməklə nüvə silahınıdüzəltmək deyil, ölkənin ehtiyaclarını qarşılamaq üçündür.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (2noyabr) nüvə sənayesi üzrə müdirlərlə görüşdə deyib.

Onun sözlərinə görə, İranın dincməqsədli nüvə fəaliyyətləriəleyhinə məqsədli şəkildə təbliğat aparılır. İctimai fikirdə İranınnüvə sənayesinin atom silahı düzəltmək məqsədi daşıdığı kimi təqdimolunur. Halbuki nüvə sənayesi elmi və sənaye imkanları vəpotensialının böyük toplusudur.

Pezeşkian əlavə edib ki, bu sahənin uyğun olmayan mənfinəticələrinin sadəcə bir hissəsi atom bombasını düzəltməkdir. Busahənin qalan hissəsi insanın əsaslı ehtiyaclarının aradanqaldırılması istiqamətindədir.

Pezeşkian bildirib ki, İranın nüvə alimləri radioizotoplarınistehsalı və yeni müalicə texnologiyaların inkişafı sahəsindəaddımlar atırlar. Bu sahənin sürətlə və daha güclü şəkildəizlənilməsi zəruri ehtiyacdır.

İran prezidenti deyib ki, İranın nüvə sənayesindəki alimlərimüxtəlif sahələr, o cümlədən su, kənd təsərrüfatı və ətraf mühitsahəsində bacarıqlarını artırmalıdırlar.

Qeyd edək ki, bu gün İranda səhiyyə, müalicə və radioizotoplarınistehsalı üzrə nüvə sənayesi alimlərinin innovativ nailiyyətləriüzrə sərgi keçirilib. İran prezidenti sərgidəki nailiyyətlərləyaxından tanış olub.

Chosen
39
19
az.trend.az

10Sources