EN

Mossad ın sabiq rəhbəri: “Tramp düz deyir, İranın bütün nüvə obyektləri darmadağın olub”

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Mən Prezidentin İranın nüvə obyektlərinin məhv edildiyi barədə bəyanatı ilə tam razıyam"

Nyu-Yorkdakı yəhudi irsi Muzeyində keçirilən Şurat Hadin konfransında çıxış edən "Mossad"ın sabiq rəhbəri Yossi Kohan ötən yay aylarında ABŞ-ın bombardmanı nəticəsində İranın nüvə proqramının tamamilə çökdüyünü bildirib.

"İran 2025 - ci ilin iyun ayından bəri fərqli bir vəziyyətdədir. Mən Prezidentin İranın nüvə obyektlərinin məhv edildiyi barədə bəyanatı ilə tam razıyam. Mən dəqiq bilirəm ki, İran hazırda uranı zənginləşdirmir və bu, böyük nailiyyətdir. Üstəlik, İran iki şeyi bilir: birincisi, biz dediyimizi edirik. İkincisi, daha vacibdir – biz yenidən İranın üstünə gedə bilərik", - Kohen deyib.

Qeyd edək ki, Yossi Kohen 2015-ci ildə Mossad-ın şefi təyin olunub və 2016-cı ildə öz vəzifəsinin icrasına başlayıb. Üzərindən 2 il keçməmiş – 2018-ci ildə o, İranın nüvə proqramı ilə bağlı gizli sənədlərin ələ keçirilməsi və onların sağ-salamat ölkədən çıxarılması əməliyyatına rəhbərlik edib. Hazırda İrana qarşı nüvə ittihamları Kohenin əldə etdiyi həmin sənədlərə əsaslanır. Trampın İrana qarşı həyata keçirdiyi hava zərbələri də Kohanın əldə etdiyi məlum sənədlərə əsasən endirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
ayna.az

1Sources