EN

Çelsi nin baş məşqçisi: “Qarabağ ın oyunlarını diqqətlə izləyəcəyik”

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enso Mareska “Tottenhem”lə oyundan dərhal sonra “Qarabağ”ın qarşılaşmalarını izləməyə başlayıb.

İdman.Biz “Independent” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıya səfərə hazırlaşır.

Mareska bildirib ki, sıx oyun təqvimi hər növbəti rəqibə qarşı dərhal hazırlıq tələb edir:

“Vulverhempton”la oyundan sonra artıq təyyarədə və avtobusda “Tottenhem”in matçlarını izləməyə başlamışdıq. İndi isə diqqətimizi “Qarabağ”ın oyunlarına yönəldəcəyik. Dayanmaq olmaz. Daim fokusda qalmalı və öyrənməyə davam etməliyik”.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının 10-cu turunda “Tottenhem”i 1:0 hesabı ilə məğlub edib. Komanda noyabrın 5-də Çempionlar Liqasının əsəs mərhələsi çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
icma.az

2Sources