EN

Bakıda V "Qələbə qaçışı" təşkil edilib

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil edilib.

Apasport.az xəbər verir ki, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib və "Qürurla irəli" şüarı altında baş tutub.

Startdan öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Qələbə qaçışı"nın iştirakçıları Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yanından start götürüblər. Qaçış 10 km məsafəni əhatə edib.

Qeyd edək ki, qeydiyyat zamanı toplanan vəsait "YAŞAT" Fonduna ianə ediləcək.

“Sumqayıt”da yeni futbolçu

Çempionlar Liqası: “Araz Naxçıvan” növbəti mərhələyə yüksəlib

Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"

Azər Bağırov: "Verdikəri qərarların hamısı onlara yedizdiriləcək"

“Neftçi"dən darmadağın - YENİLƏNİB

Chosen
30
apasport.az

1Sources