EN

Yamal sevgilisindən ayrıldı

“Barselona”nın gənc hücumçusu Lamin Yamal sevgilisi, məşhur argentinalı rep ifaçısı Niki Nikol ilə münasibətlərinin başa çatdığını açıqlayıb.

90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, ispan futbolçy münasibətlərin bitməsinə səbəbin xəyanət olmadığını bildirib:

“Biz artıq bir yerdə deyilik. Bu, hansısa xəyanət və ya konfliktlə bağlı deyil — mən ona xəyanət etməmişəm. Sadəcə, münasibətlərimiz başa çatdı, vəssalam. Mətbuatda yazılanlar həqiqəti əks etdirmir.”

Daha əvvəl KİV Yamalın Milan səfəri zamanı model Anna Cenyoso ilə Niki Nikolu aldatdığı barədə iddialar irəli sürmüşdü.

Xatırladaq ki, cütlük münasibətlərini 2025-ci ilin avqustunda rəsmi şəkildə təsdiqləmişdi — həmin vaxt Yamal onların birgə fotosunu paylaşmışdı. Bildirilirdi ki, Nikinin futbolçunu məşqlərə aparmasına səbəb onun hələ sürücülük vəsiqəsinin olmaması idi. Oktyabr ayında isə onlar beynəlxalq oyun fasiləsində birlikdə helikopterlə səyahət etmişdilər.

Chosen
71
90deqiqe.az

1Sources