EN

İran: ABŞ nüvə danışıqlarının bərpası ilə bağlı təklif göndərib

BAKI, 2 noyabr. TELEQRAF

"İran Xarici İşlər Nazirliyi ABŞ tərəfindən nüvə proqramı üzrə danışıqların bərpasına dair yeni təkliflər alıb".

Teleqraf xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, Təbrizdə münasib vaxtda Vaşinqtonun təkliflərinin məzmunu və xarakteri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Oman vasitəsilə Tehrana mesaj göndərərək, yay aylarında dayandırılmış nüvə danışıqlarının yenidən başlanması təklifini irəli sürmüşdü.

Chosen
37
1
teleqraf.com

2Sources