Məhəmməd Salah "Liverpul" forması ilə 250-ci qolunu vurub.

Offsideplus.az xəbər verir ki, o, "Brentford"la oyunda bu rəqəmə çatıb.

Salah eyni zamanda daha bir rekorda ortaq olub. O, eyni komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb.

Misirli futbolçu "Liverpul"un heyətində 276 qolun vurulmasında birbaşa iştirak edib. Salah indiyədək 188 qol və 88 assistə imza atıb.

O, Ueyn Runinin rekordunu təkrar edib. Runi "Mançester Yunayted" forması ilə 183 dəfə rəqiblərini məyus edib və 93 məhsuldar ötürmə ilə yadda qalıb.