EN

Məhəmməd Salah Premyer Liqa rekordunu təkrarladı

İngiltərə Premyer Liqasının 10-cu turunda keçirilən “Liverpul” – “Aston Villa” matçında 33 yaşlı hücumçu Məhəmməd Salah fərqlənib.Misirli futbolçu oyunun 45+1-ci dəqiqəsində rəqib qapısına yol taparaq komandasına üstünlük qazandırıb.

90deqiqe.Az “Squawka”ya istinadən xəbər verir ki, bu qol sayəsində Salah Premyer Liqa tarixində bir klubun heyətində ən çox “qol+pas” (gollara birbaşa töhfə) sayına malik futbolçu rekordunu təkrarlayıb.

“Liverpul”un hücumçusunun hesabında artıq 276 məhsuldar hərəkət var — 188 qol və 88 məhsuldar ötürmə. Bu göstərici ilə o, əvvəllər “Mançester Yunayted”in əfsanəsi Ueyn Runiyə məxsus olan rekordu təkrarlayıb. Runi “qırmızı şeytanlar”da çıxış etdiyi dövrdə 183 qol vurmuş, 93 məhsuldar ötürmə vermişdi.

Bundan əvvəl də xəbər verilmişdi ki, Məhəmməd Salah “Liverpul” tarixində 250 və daha çox qol vuran üçüncü futbolçu olub.

Cari mövsümdə Salah bütün turnirlərdə 14 oyun keçirib, 5 qol və 3 asistlə yadda qalıb.

Chosen
40
90deqiqe.az

1Sources