"Çelsi"nin baş məşqçisi Entso Mareska "Tottenhem"i məğlub etdikləri oyundan sonra (1:0) mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis artıq diqqətlərini "Qarabağ"la matça yönəldəcəklərini bildirib:
"Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. Liqa Kubokunda "Vulverhempton"la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda "Tottenhem"in oyunlarını izləməyə başladıq. Sonra isə "Qarabağ"ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən".
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsində baş tutacaq "Qarabağ" - "Çelsi" görüşü noyabrında 5-də oynanılacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.