EN

Fərid Qayıbov: “Qələbə qaçışı”nda rekord sayda iştirakçı mübarizə aparır

Bakı, 2 noyabr, AZƏRTAC

Yarış Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi qələbəyə həsr olunub. Sevindirici haldır ki, qaçışda iştirak edənlərin sayı ildən-ilə artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Qürurla irəli” devizi ilə təşkil edilən “Qələbə qaçışı”ndan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qaçışda rekord sayda iştirakçının mübarizə apardığını bildirib: “İl ərzində təşkil edilən müxtəlif kütləvi tədbirlərin bəhrəsini görürük. Artıq müxtəlif qaçış klubları yaranıb. Mən də öz növbəmdə çalışıram ki, keçirilən bütün qaçış yarışlarında iştirak edim. Yarışın keçirilməsində əməyi keçən hər kəsə də minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Chosen
44
10
azertag.az

10Sources