EN

Dəyəri 62 milyon dollardan çox olan narkotik maddə ələ keçdi

İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən "Gürbulak" keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb.

Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar).

O da bildirilib ki, 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə dəyəri 96 milyard dollar olan 30 100 kiloqram çəkidə narkotik maddə ələ keçirilərək məhv edilib./Report

Chosen
4
13
musavat.com

10Sources