EN

“Qarabağ” üçün həyəcan siqnalı - bu mövqedə boşluq var!

Azarkeşlərin yüksək səviyyəli mərkəz hücumçusu almadığına görə qınadığı “Qarabağ”ın müdafiəsində də ciddi boşluqlar var.
Bu boşluq “Atletik”lə səfər oyununda aydın göründü. Xüsusən də meydanın mərkəzindən müdafiənin arxasına atılan hava topları zamanı. İspaniyada Medina və Mustafazadə iki dəfə bu yöndə kobud səhvə yol verdi. Birində Koxalski xilas etdi, birində yox. Amma çox adam nəyə görəsə “Qarabağ”ı qınamadı, “Atletik”di, böyük klubdu” deyib, üstündən keçdi.
Bəs “İmişli”? “İmişli” ki elitanın debütantıdı. Yeni qurulmuş, “Qarabağ”a həsəd aparan komanda ilk hissədə real qol imkanları qazandı. Daha doğrusu Dioqo Almeyda iki dəfə müdafiənin arxasından sıyrıldı çıxdı, Bəhlulla Kevin yenə “yatmışdı”.
Qarşıda isə “Çelsi” ilə çox vacib oyun və Azərbaycan derbisi var. Allah bilir, Qurban Qurbanov bu oyunlarda nə qədər əsəbləşəcək…
MÜZƏFFƏR QULUZADƏ

Chosen
26
1
football-plus.az

2Sources