EN

Fransada növbəti qarət: 7 dəqiqəyə 12 milyonluq soyğun etdilər

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Altı cinayətkar Fransanın Lion şəhərindəki Pourquery Laboratoriya zavodundakı qiymətli metalların emalı laboratoriyasını qarət edib.

"Ölkə.az" bu barədə Le Progres qəzetinə istinadən xəbər verir.

Şahidlər bildiriblər ki, soyğunçular sayrışan işıqları olan bir maşınla gəlib laboratoriyanın pəncərələrini partlayıcı maddələrlə sındırıblar. Soyğun yeddi dəqiqə davam edib.

"Orada silahlı bir neçə şəxs var idi. Biz onların qaçmazdan əvvəl maşınlarını yüklədiyini gördük", - Le Progres şahidlərin sözlərinə istinadən yazıb.

Hücum nəticəsində beş fabrik işçisi yaralanıb. Oğurlanmış qiymətli metalların dəyəri 12 milyon avro olaraq qiymətləndirilib. Fransanın daxili işlər naziri Loran Nunyes daha sonra bütün hücum edənlərin həbs olunduğunu elan edib.

Daha əvvəl naməlum hücumçular Luvr muzeyinə daxil olaraq Napoleonun kolleksiyasından zinət əşyaları oğurlayıblar. 

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
olke.az

2Sources