EN

Türkiyədə 62 milyon dollar dəyərində narkotik maddə ələ keçirildi

İrandan Türkiyəyə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-də Ağrı vilayətində yerləşən "Gürbulak" keçid məntəqəsində keçirilən əməliyyat nəticəsində 721 kiloqram maye matafetamin aşkarlanıb.
 

Nazirliyin məlumatına görə, ələ keçirilən narkotik maddənin ümumi dəyəri 2 milyard 612 milyon türk lirəsidir (təxminən 62 milyon 185 min dollar).


O da bildirilib ki, 2025-ci ilin əvvəlindən etibarən ümumilikdə dəyəri 96 milyard dollar olan 30 100 kiloqram çəkidə narkotik maddə ələ keçirilərək məhv edilib.

Bizim.Media

Chosen
8
13
bizim.media

10Sources