Rusiya və Çinin dəstəyi indiki şəraitdə İran üçün həyati əhəmiyyət kəsb edir. Həmçinin Pekin və ya Moskva ilə əlaqələrin hər hansı zəifləməsi Tehranın maraqlarına ziddir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə iranlı politoloq Ruhulla Müdabber məlumat yayıb.
Politoloqun sözlərinə görə, yaxın aylarda Böyük Britaniya, Almaniya, Fransa, ABŞ və İsraildən ibarət anti-İran blokunun BMT Təhlükəsizlik Şurasında, xüsusilə dəniz məhdudiyyətləri sahəsində İran əleyhinə qərar qəbul etdirməyə çalışacağı gözlənilir: