EN

Poçtdan dərman gözləyirdi: İnsan barmaqları aldı

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Kentukkili bir qadın poçtla dərman və digər tibbi ləvazimatlar alacağını gözləyirdi, lakin bunun əvəzinə qapısının ağzında insan bədən hissələri olan bir qutu tapıb.

“Cebheinfo.az” xəbər verir ki,  rəsmilərin sözlərinə görə, "cərrahi təlim" üçün nəzərdə tutulan bağlama səhvən başqa ünvana - Kentukkinin cənub-qərbində, Tennessi ştatının Neşvill şəhərindən təxminən 120 kilometr aralıda yerləşən Hopkinsvil şəhərinə çatdırılıb.

"Bəli, bu doğrudur", -deyə Kristian dairəsinin koroneri Skott Daniel “NBC News”-a hadisəni təsdiqləyib.

"Qadın tibbi ləvazimatlar gözləyirdi, amma qutuda insan əlləri və barmaqları var idi. Bağlama cərrahi təlim üçün nəzərdə tutulmuşdu, amma nədənsə onun ünvanına çatdırılmışdı”.

Danielin sözlərinə görə, özü bu pis anlaşılmazlığı şəxsən həll edib və insan orqanları  nəzərdə tutulan yerə qaytarılıb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
cebheinfo.az

2Sources