FIBA referiləri Urfan Bayramlı və Anastasiya Slojenitsina “2027 FIBA Women’s EuroBasket” seçmə mərhələsinin oyunlarına təyinat alıblar.
Sportinfo.az xəbər verir ki, Bayramlı 15 noyabrda Riqada keçiriləcək Latviya – Niderland oyununda ikinci hakim kimi fəaliyyət göstərəcək.
Slojenitsina isə 18 noyabrda Polşanın Sosnovets şəhərində baş tutacaq Polşa – Kipr oyununun ikinci hakimi olacaq.