"Bəzi qidalar orqanizmdə suyun tutulmasına və ödemlərin yaranmasına səbəb ola bilər.
Publika.az "Zakon"a istinadla xəbər verir ki, bunu Diyetoloq Elvira Beleva deyib.
Mütəxəssis çips, duzlu xiyar, pendir, hisə verilmiş məhsullar, yarımfabrikatlar və fastfudun az miqdarda istehlak edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu cür qidalar qanda duzun konsentrasiyasını artırır, nəticədə hüceyrələrdən su qana keçir. Bu zaman böyrəklər mayeni xaric etmək əvəzinə onu tutmağa başlayır və nəticədə ödemlər yaranır.
Bundan əlavə, ödemlərə spirtli içkilər də səbəb olur. Mütəxəssis xəbərdarlıq edib ki, spirtli içkilərin istifadəsi nəticəsində orqanizm susuzlaşır və nəticədə toxumalarda su ehtiyatı toplamağa başlayır.
“Buna görə də ödemlər yaranır, artıq su dərialtı toplanır”, – deyə Beleva qeyd edib.