"Neftçi" Premyer Liqanın X turunda "Kəpəz"lə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə sevinib.
"Ağ-qaralar"ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar.
Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.
Turnir cədvəlində "Neftçi" 15 xalla altıncıdır. 3 xalı olan "Kəpəz" isə, sonuncu - onikincidir.