EN

Tramp Ağ Evdə Suriya lideri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak açıqlayıb.

Məlumata görə, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa Suriyanın ABŞ-ın rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədləri imzalayacaq.

Tom Barak, həmçinin bildirib ki, Əl Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

Chosen
14
50
unikal.az

10Sources