EN

Astarada avtomobillərdən tullantıların ətraf mühitə təsirinə qarşı tədbir keçirilib

ain.az, Dogru.az saytına istinadən bildirir.

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Regional Ekologiya İdarəsi birgə tədbir keçirərək avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısını almağa çalışıblar.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb və sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığının daim diqqətdə saxlanmasının əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.

Həmçinin qanunvericiliyin tələbləri sürücülərə izah olunub və atmosferə normadan artıq tullantı atan avtomobillərin sürücüləri barəsində qanuna uyğun tədbirlər görülüb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
dogru.az

2Sources