EN

Yonatan Deyvid üçün iki nəhəng üz-üzə

Avropa nəhəngləri qış transfer pəncərəsində yeni hücumçu üçün mübarizəyə başlayıb. “Tottenhem” və “Bayern Münhen” “Yuventus”un hücumçusu Yonatan Deyvidi heyətinə qatmaq uğrunda yarışa daxil olub.

Fanat.Az xəbər verir ki, “365 Scores” nəşrinin məlumatına görə, hər iki klub kanadalı forvard üçün ciddi maraq göstərir və “Yuventus”a yaxın günlərdə rəsmi təklif göndərə bilər.

Yonatan Deyvid bu mövsüm A Seriyada çıxışı ilə fərqlənərək “Yuventus”un hücum xəttində əsas silaha çevrilib. O, həm sürəti, həm də bitiriciliyi ilə diqqət çəkir və Avropanın bir çox nəhəng klublarının diqqət mərkəzindədir.

Transferin reallaşması üçün Turin klubunun 60-70 milyon avro civarında məbləğ tələb etdiyi bildirilir.

Chosen
20
1
fanat.az

2Sources