Misli premyer-liqasının 10-cu turunda “Kəpəz” “Neftçi”yə məğlub oldu - 5:1. 
"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Bağırov jurnalistlərin önünə çıxıb. 
- Oyuna itkilərlə çıxmışdıq. Ağır oyun oldu. Ehtiyat skamyamız kasad idi. Təəssüf ki, istədiklərimiz alınmadı. 
- Siz gələndən sonra 4 oyuna 9 qol buraxmısız…
- Bir oyunu azlıqda oynamışıq. Bu gün də ehtiyat skamyamız yox idi. Ba və Ohori də yox idi. İki əsas heyət futbolçumuzun olmaması öz sözünü dedi. Əfsuslar olsun ki, alınmadı.
- Ümumi götürəndə “Kəpəz”də keyfiyyət aşağıdı. 
- Bu barədə danışmaq istəmirəm. Mənim futbolçularımdı. Dəyişməli olduğumuz şeylər var. Hər şeyin vaxtı var. 
- Hakimlik haqda fikirləriniz? 
- Qarışıq mövzudu. Bütün dünyada, Türkiyədə də. Dilimizdə üç hakimdən ikisi cəhənnəmlikdi. Ötən oyunda 11 dəqiqə oyun dayanmışdı, 5 dəqiqə əlavə olundu.
[/b]- Rza Cəfərovun “Kəpəz”ə gəlmək məsələsi doğrudu? 
- Hazırda heç nə yoxdu. Danışıqlar olmayıb. Mənimlə yüz faiz olmayıb. 
MÜZƏFFƏR QULUZADƏ