EN

Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən jurnalistlər Naxçıvana səfər ediblər

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Azərbaycanın Qars Şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən jurnalistlər Azərbaycana səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa və işğaldan azad olunmuş digər torpaqlarımıza yollanacaq media nümayəndələri Naxçıvanda da olublar.

Səfərin məqsədi işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq layihələrinin və böyük qayıdışın təntənəsinin canlı şahidi olmaq, bu tarixi qələbənin əhəmiyyətini geniş işıqlandırmaqdır.

Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərindən gələn jurnalistlər səfər çərçivəsində Naxçıvan televiziyasında aparılan yenidənqurma işləri ilə tanış olub, ən son texnoloji yenilikləri məmnunluqla qarşılayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
3
azertag.az

5Sources