Azərbaycan Basketbol Liqasının V turunda NTD "Neftçi"yə 71:99 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, NTD komandasının baş məşqçisi Tahir Baxşıyev qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bölüşüb:

"Biz bu gün istədiyimizi meydancada edə bilmədik. Müdafiədə çox zəif oynadıq. Məqsədlərimiz tamamilə başqa idi. Oyun ərzində cəmi 14 fol etdik. Uduzan komanda üçün bu çox azdır. Daha aqressiv müdafiə olunmalı idik. İşləməyə davam edəcəyik. Komandamıza iki yeni oyunçu qoşulub. Onlar özlərini pis göstərmədilər. Tam heyətlə yalnız son bir həftədə məşq etməyə başladıq. Çox çətin idi. İndi isə demək olar ki, heyəti tam formalaşdırmışıq və “Gəncə”yə qarşı oyuna hazırlaşacağıq. Bu, çox vacib matçdır və güclü rəqibə qarşı oynayacağıq. Hər iki komanda qələbə qazanmaq üçün çox istəkli olacaq. Onlar da bu turda məğlub olublar. Biz də qələbəyə köklənəcəyik".