Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Renato çox yaxşı oyunçudur və millimizə fayda verə bilər".
Oxu.Az xəbər verir ki, bu sözləri "Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov "Karvan-Yevlax"la keçirilən matçdan sonrakı mətbuat konfransında deyib.
Ruan Renatonun Azərbaycan milli komandasına çağırılma məsələsindən danışan məşqçi bu barədə onlarla heç bir söhbət etmədiklərini bildirib:
"Renato çox yaxşı oyunçudur və millimizə fayda verə bilər. O, azərbaycanlı futbolçuların xüsusiyyətlərinə malikdir - patriotluğu, diqqəti və futbolçularla yaxşı münasibətləri var. Əgər onun milliləşməsi vacibdirsə, mən bunun tərəfdarıyam. Lakin qərar mənim deyil, necə məsləhət görülərsə, o cür olacaq".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.