"Neftçi" Misli Premyer Liqasının X turunda "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə görüşü dəyərləndirib:
"Ardıcıl 3 qəbələdə Abubakarın çox böyük rolu var. Təcrübəli futbolçudur, texnikalıdır. Digər oyunçular da ona baxır. Ancaq qələbələri təkcə ona bağlamaq istəməzdim. Bu digər oyunçuların əziyyətinə hörmətsizlik olar. Bütün görüşlərdə istəkli idik. Bugünkü matçdan da yaxşı oyunlarımız olub".
S. Abasov növbəti turdakı "Qarabağ"la oyun barədə də fikirlərini bildirib. O, son oyunlarda Ağdam klubunun müdafiəsində boşluqlar olduğu fikri ilə razılaşmayıb:
"Qarabağ"da heç bir boşluq yoxdur. Onlara "Çelsi" ilə oyunda uğurlar arzulayıram. 
Bizimlə oyuna gəldikdə isə fikirləşirəm ki, iki yaxşı komandanın oyunu olacaq. Maraqlı görüş olacağını düşünürəm. Nəticənin necə olacağını görərik".