Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov əslən braziliyalı futbolçusunun Azərbaycan yığmasına cəlb olunması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib. O, 31 yaşlı oyunçunun özünün qərar verməli olduğunu söyləyib: “Legionerdən legionerə fərq var. Renatoda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən. Hansısa mövqeyə ehtiyac varsa, onun kimi futbolçuları milliləşdirmək olar. Amma məndən asılı qərar deyil, özü qərar verməlidir. Mən "Zirə"nin baş məşqçisi kimi sevinmirəm. Milliyə gedib-gəlməsi mənə sərf etmir. Amma milliləşdirilsə, faydası dəyər, həmin mövqedə rəqabət yaranar”. Qeyd edək ki, Ruan Renato 2021-2023-cü illərdə “Qəbələ”nin, 2023-dən isə “Zirə”nin şərəfini qoruyur.