EN

Minskə gəlib bizi aldatdılar Lukaşenko

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko “Oreşnik” raket sisteminin dekabrda döyüşə hazır vəziyyətə gətirilməsi planlarını təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Belarus mətbuatı yazıb. 

"“Oreşnik” dəhşətli silahdır. Dekabrda yerləşdiriləcək. Nəyə görə? Mən istəyirəm ki, onlar (xarici düşmənlər - red.) başa düşsünlər ki, vəziyyət çətinləşərsə, biz ondan istifadə edə bilərik. Putinlə oturub qərar verəcəyik və ondan istifadə edəcəyik. Ona görə də bəlaya düçar olmayın. Axı Ukraynada müharibə belə başladı. Donbasda rusdilliləri öldürdülər, küsdürdülər", - deyə o qeyd edib. 

O xatırladıb ki, Minskdə vaxtilə sülh sazişləri imzalanıb, lakin opponentlər fırıldaqçılığa əl atmaq qərarına gəliblər ki, bu da mövcud vəziyyətə gətirib çıxarıb: "Məlum oldu ki, onlar razılaşmayıblar. Məlum oldu ki, Rusiyanı və bizi aldatmaq üçün Minskə gəliblər. Bizi aldatdılar. Yaxşı, bəs qarşılığında nə alıblar? Artıq iki milyon insan ölüb, ukraynalılar isə şikəst olub. Niyə problem istəyirsiniz? Onlar yaxşı yaşayırdılar. Polyaklar da, litvalılar da və s."

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
unikal.az

2Sources