EN

Ərdoğan: Terrorsuz Türkiyə yolunda ciddi irəliləyiş əldə etdik

BAKI, 1 noyabr. TELEQRAF

“Terrorsuz Türkiyə yolunda qısa müddətdə ciddi irəliləyiş əldə etdik".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanı millət bağının açılışında deyib.

"DEM Partiyasının nümayəndə heyətini qəbul etdik, gələcəyə dair konstruktiv, ümidverici müzakirələr apardıq. Bu müzalirələrin nəticələrini yaxın günlərdə görəcəyik. Ödənilən bədəllərin boşa getmədiyi, sülhün, təhlükəsizliyin və qardaşlığın hakim olduğu yeni bir dövrü başlayacağıq. Buna qədər sonadək qətiyyətliyik", - deyə Ərdoğan əlavə edib.

Chosen
49
2
teleqraf.com

3Sources