EN

“Həmişə Lamin Yamalı müdafiə edəcəyəm”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın gənc hücumçusu Lamin Yamalı müdafiə edəcəyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, “Sport.es” nəşri alman çalışdırıcının dediklərini belə çatdırıb.

“Onunla çox səmimi söhbət etdik. Hər ikimiz açıq danışdıq, bu, ən doğru yanaşmadır. Mən həmişə Yamalı müdafiə edəcəyəm və ona dəstək olacağam. O, çox gəncdir, amma artıq fantastik futbolçudur. Biz onun üçün düzgün yolu seçəcəyik.”

Təcrübəli mütəxəssis Yamalın “El-Klasiko”dan əvvəl “Real Madrid” haqda dediyi sözlərə də münasibət bildirib:

“Mənim üçün artıq ‘Real’la matç geridə qalıb. Bu mövzuya qayıtmaq istəmirəm.”

Xatırladaq ki, 18 yaşlı futbolçu La Liqanın 10-cu turunda “Real Madrid”ə 1:2 hesabı ilə uduzulan matçdan sonra tənqid hədəfinə çevrilmişdi.“El-Klasiko”dan öncə Yamal “Kings League” turnirində çıxış edən “Porsinos” komandası ilə “Real” arasında bənzərlik olub-olmadığı barədə suala cavab verərkən demişdi: “Bəli, əlbəttə. Onlar hiyləgərdir və çox şikayət edirlər.”

Chosen
54
90deqiqe.az

1Sources