EN

Ukrayna ordusu Rusiyanın ən nadir yerli xalqlarından birinin nümayəndəsini əsir aldı

Ukrayna hərbçiləri əsir düşmüş rusiyalı Aleksandrı göstəriblər. O, Sibir bölgəsinin ən nadir yerli xalqlarından olan ketlər xalqına mənsubdur.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya ərazisində aparılan son siyahıyaalmaya görə, bu xalqın nümayəndələrinin sayı 1200 nəfərdən də azdır. Keti dilinin daşıyıcıları isə demək olar ki, qalmayıb, mədəniyyət isə yox olma həddindədir.

Aleksandrın dediyinə görə, o, aldadılaraq orduya cəlb edilib. Spirtli içki qəbul etdikdən sonra naməlum şəxslərlə mübahisə edib. Daha sonra həmin şəxslər onu saxta nikaha məcbur edərək hərbi komissarlığa aparıblar və orada müqaviləyə imza atmağa məcbur ediblər.

Bu, Rusiyada geniş yayılmış “qara dul qadınlar” sxeminin klassik nümunəsidir: qadınlar hərbi xidmətə göndərilən şəxslərlə formal nikah bağlayır, onlar öldükdən sonra isə dövlətin verdiyi kompensasiya və ödənişləri alırlar.

Chosen
42
musavat.com

1Sources