EN

Mikro sahibkarlığa verilən kreditlərin həcmi məlum olub

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda mikro sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 3,418 milyard manat təşkiledib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.

Məlumata görə, bu, cari ilin sentyabr ayının 1-i ilə müqayisədə71,6 milyon manat və ya 2,1%, ötən ilin eyni dövrünə nisbətən isə466,2 milyon manat və ya 15,8% çoxdur.

Belə ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,346 milyardmanat, 2024-cü ilin oktyabrın 1-nə isə 2,952 milyard manat idi.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarınınbiznes kredit portfelinin həcmi 15,545 milyard manat təşkil edibki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötənilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və yaxud 7,9%çoxdur.

Chosen
32
10
az.trend.az

10Sources