EN

Şagirdlərdə bədii mütaliə vərdişi yaradılmalıdır AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Hazırda bizim üçün təhsil yalnız və yalnız imtahana hazırlıq üçün bir vasitə kimi dəyərləndirilir. Amma təhsil həyatın ta özüdür. Biz isə şagirdi həyatın özünə hazırladığımız zaman ən vacib aqreqatlardan biri kimi kitabı, oxu vərdişlərini diqqətə almalıyıq".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, məktəblərfə şagirdlərdə mütləq oxu vərdişləri formalaşdırılmalıdır:"Təəssüf ki, yaralı yerimiz – mahiyyətindən uzaq qalan təhsilin əsas meyarına, kitab oxu vərdişlərinə də etinasız yanaşırıq. Əmin ola bilərsiniz ki, bu etinasızlıq nəinki şagirdlərdə, hətta müəllimlərin özündə də müşahidə olunur.Bir neçə təlimçi dostumuz var ki, onlar təlimlərində iştirak edən müəllimlərin mütaliə durumundan heç məmnun qalmayıblar. Nə yalan deyim, mən özüm də bir-iki dəfə bunun canlı şahidi olmuşam. Bu isə birbaşa dünyagörüşün və digər zəruri keyfiyyətlərin o qədər də yüksək səviyyədə olmaması deməkdir. Biz məktəblərdə kitaba sevgi, oxu vərdişləri və bədii mütaliə vərdişlərini öncə müəllimlərdən başlatmalıyıq".Cavidan Mirzəzadə 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
demokrat.az

1Sources