EN

Milli Məclisin üzvü Xanlar Fətiyev  Bərdə rayonunda qəbul-görüşlər keçirib

Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə-Tərtər Seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib.  

“İki sahil” xəbər verir ki, qəbul YAP Bərdə rayon təşkilatının inzibati binasında və Xanağalı kəndində keçirilib. 

Qəbul zamanı Xanlar Fətiyev vətəndaşların ümumi və şəxsi problem və çətinlikləri ilə bağlı müraciət və şikayətlərini dinləyib,onların həllinə çalışıb.

Xanlar Fətiyev kənd yollarının təmiri, içməli su, suvarma kanallarının təmizlədilməsi, işıq xətlərinin yenilənməsi, vətəndaşların işlə təmin olunma, maddi yardımla bağlı və s. şəxsi problemləri ilə tanış olub, onları narahat edən müraciətlərin həllinə çalışıb.

Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Chosen
27
ikisahil.az

1Sources